Türkiyədə 15 iyul çevriliş cəhdi gecəsi baş qərargah rəisi Hulusi Akarı girov götürən çevrilişçi hərbçilər dəstək üçün Akarın telefonu ilə ABŞ-ın baş qərargah rəisi Cozef Dunfordla əlaqə yaratmağa çalışıb.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verri ki, ABŞ-da yayımlanan "Buzfeed” saytının iddiasına görə, Türkiyədə çevriliş cəhdinin başladığı ilk saatlarda Akıncı bazasına gedən baş qərargah rəisi Hulusi Akarı girov götürən çevrilişçilər ABŞ-ın da hərbi dəstəyini almağa cəhd edib. Bunun üçün Hulusi Akarın telefonundan ABŞ baş qərargah rəisi Cozef Dunfordla əlaqə yaratmağa çalışan hərbçilərin cəhdi baş tutmayıb.
Həmin vaxt Əfqanıstanda olan Dunfordun telefonuna köməkçiləri cavab verib. Ancaq həmin vaxt istirahət edən Dunfordu narahat etmək istəməyən əsgərlər baş qərargah rəisinin danışmaq imkanının olmadığını deyərək telefonu bağlayıblar.
"Buzzfeed”ə açıqlama verən amerikalı müdafiə rəsmilərindən biri isə "Düzünü desək, həmin vaxt kiminlə danışmağın lazım olduğunu belə bilmirdik" deyə bildirib.
Bundan əvvəl çevrilişçilərin Hulusi Akarı girov tutduqları saatlarda onu telefon əlaqəsi ilə ABŞ-da olan Fətullah Gülənlə görüşdürmək istədikləri də ortaya çıxmışdı. Ancaq Akarı sərt şəkildə bu təklifi rədd edib.