Böyük Britaniya (BB) ölkəyə gələn kişi - qaçqınlara qadınlarla nəzakətli davranma qaydalarını öyrətməlidir. Trend "Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, bu barədə BB parlamentinin qaçqınlar məsələləri üzrə komitəsinin sədri xanım Tangem Debboneyr bəyan edib.
O deyib ki, bu, Britaniyaya gələn qaçqınlar tərəfindən qadınlara qarşı əxlaqsız təkliflərin və zorakılığın qarşısını ala bilər.
Deputat hesab edir ki, parlament müvafiq "inteqrasiya strategiyası" qəbul etməlidir və bununla gələn miqrantlara nümünə göstərməlidir.