Suriyanın Hələb şəhəri yaxınlığında Rusiyaya məxsus hərbi təyyarə vurulub. Trend bu barədə Türkiyənin "Yeni Safag" qəzetinə istinadən məlumat verir.
İlkin məlumatlara görə, hərbi hərbi təyyarə müxalifət qüvvələri tərəfindən vurulub. Pilot, o cümlədən 4 ekipaj üzvünün həlak olduğu bildirilir.
Rusiya Müdafiə Nazirliyi hərbi helikopterin Suriyanın İdlib şəhərində müxalifət qüvvələri tərəfindən vurulduğunu təsdiqləyərək, hərbi helikopterdə 5 hərbçinin olduğunu bəyan edib. Hərbi helikopterdəki ekipaj üzvlərinin hamısı ölüb (APA).
"Röyters” xəbər agentliyi "Əl-Nüsra” cəbhəsi üzvlərinin helikopter vurulandan sonra onun ətrafında sevinərkən çəkilmiş fotolarını yayımlayıb.