Şimali Koreyalı general 40 milyon dollar mənimsəyərək Çinə qaçıb və hazırda üçüncü ölkəyə göndərilməsini gözləyir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Koreyanın "KBS" telekanalının məlumatına əsasən, Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçan generalın adı açıqlanmır. Yüksək rütbəli hərbçi KXDR-in Xalq Silahlı Qüvvələrinin Nazirliyində işləyib və onunla birlikdə 2 ailə üzvü də ölkədən qacıb.