Suriyadakı "Ən-Nüsra" qruplaşmasının lideri Əbu Məhəmməd Colani "Əl Qaidə" ilə əlaqələrini kəsdiyini bəyan edib.
APA-nın "milliyet.com.tr" saytına istinadən verdiyi xəbərə görə, ilk dəfə üzünü gizlətmədən kameraların qarşısına keçən Colani qruplaşmanın yeni adının "Şam Fəthi Cəbhəsi" olduğunu bildirib.
Qruplaşmanın lideri qərarın qəbul edilməsinə əsas səbəb kimi "Suriya inqilabı”nı xilas etmək istəyinin olduğunu deyib.