ABŞ ordusu Oman körfəzində Panama bayrağı altında üzən “Vela Nova” konteyner gəmisinə atəş açıb. Vaşinqton gəminin İran limanlarının dəniz blokadasını pozmağa cəhd etdiyini iddia edib.
“Wall Street Journal” qəzetinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, hadisə çərşənbə axşamı səhər tezdən Oman körfəzinin qərbində, Pakistan sahillərindən təxminən 71 dəniz mili məsafədə baş verib.
Nəşrin məlumatına görə, konteyner gəmisinin heyəti ABŞ Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan sonra ABŞ hərbi helikopteri gəmini dayandırmaq üçün onun sükan mexanizminə atəş açıb.
Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Vanguard bildirib ki, raket zərbəsi konteyner gəmisində yanğına səbəb olub və yanğın tez bir zamanda söndürülüb. 17 heyət üzvündən heç biri xəsarət almayıb.
Tahir TAĞIYEV