Avropanın Rusiya enerji təchizatından asılılığını azaltmaq səylərinə baxmayaraq, Avropa İttifaqı (Aİ) Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını yenidən artıb.
"Welt am Sonntag" qəzetinin Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına istinadən verdiyi məlumata görə, Aİ ölkələri iyun ayında Rusiyadan əvvəlki ilə nisbətən 14% daha çox mayeləşdirilmiş təbii qaz alıblar.
“Bild” xəbər verir ki, təşkilat Rusiyanın Avropaya enerji təchizatından əldə etdiyi gəlirin gündə 60 milyon avroya qədər artdığını təxmin edir. Qeyd edilir ki, xüsusilə Fransa Rusiya mayeləşdirilmiş təbii qazının böyük hissəsini alıb.
Uzunmüddətli müqavilələr çərçivəsində Rusiya mayeləşdirilmiş təbii qazının idxalına Aİ-nin tam qadağası 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək.
Tahir TAĞIYEV