Suriya məhkəməsi devrilmiş lider Bəşər Əsəd, qardaşı Mahir Əsəd və Əsədin əmisi oğlu Nəcib Atef haqqında edam hökmü çıxarıb. Dəməşqdəki Dördüncü Cinayət Məhkəməsi onları çoxsaylı qurbanları qəsdən öldürməkdə, işgəncə verməkdə, özbaşına həbs etməkdə və insanlığa qarşı cinayətlər törətməkdə günahlandıraraq edam cəzasına məhkum edib.
Hakim Əl-Aryan bildirib ki, şahid ifadələri Bəşər Əsədin cinayətlərdə "ən yüksək səviyyəli qərar qəbuledici" kimi rolunu və cinayətlərin törədilməsini asanlaşdırmaq üçün dövlət qurumlarından istifadə etdiyini ortaya qoyur. Məhkəmə Əsədi uşaqlar da daxil olmaqla çoxsaylı qurbanları qəsdən öldürməkdə, işgəncə verməkdə, özbaşına həbs etməkdə və insanlığa qarşı cinayətlər törətməkdə günahkar bilib və qiyabi olaraq edam cəzasına məhkum edib.
Devrilmiş lider Bəşər Əsəd, qardaşı Mahir Əsəd və əmisi oğlu Nəcib Ateflə birlikdə qətl, işgəncə və insanlığa qarşı cinayətlərə görə edam cəzasına məhkum ediliblər.
Əsəd hazırda Rusiyada yaşayır.
Təqsirləndirilən şəxs Nəcib isə, Bəşər Əsədin əmisi oğludur. Nəcib əvvəllər Dəraa əyalətində Siyasi Təhlükəsizlik Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Nəcib 2011-ci ildə Suriya inqilabının başlanğıcından bəri əyalətdə həyata keçirilən repressiya kampaniyaları və həbslərə görə birbaşa məsuliyyət daşıyır.
Tahir TAĞIYEV