ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər FİFA hər hansı səbəbdən Canni İnfantinonu dəyişdirməyi düşünərsə, bu halda dəhşətli səhvə yol vermiş olar.
"O, tarixin ən uğurlu Dünya Kubokunu təşkil edən fantastik bir insandır. Əgər o, getsə, turnir bir daha heç vaxt bu qədər uğurlu və gəlirli olmayacaq!" - deyə Tramp qeyd edib.
İnfantino FIFA-nın dünya çempionatındakı payını özəl kapital investorlarına satmaq planının uğursuzluğu səbəbindən artan təzyiqlə üzləşib. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Futbol Assosiasiyası Konfederasiyası (CONCACAF) və Asiya Futbol Konfederasiyası (AFC) bazar ertəsi birgə açıq məktubda bildiriblər ki, plan FIFA-nın xidmət etməli olduğu qurumlara etimadın fundamental şəkildə pozulması deməkdir. Həmçinin xəbərdarlıq edilib ki, etimad aldatma yolu ilə pozulduqda, bir şəxs özünü ona səlahiyyət verən kollektivdən üstün tutduqda, onun tutduğu vəzifə yerinə yetirilmir.
FIFA ötən həftə planda buraxılan səhvlərə görə üzr istəyib, Mərakeşdə keçirilən böhran iclasında yüksəkvəzifəli şəxslərin İnfantinonun prezidentliyinə tam dəstəyini bir daha təsdiqlədiklərini bildirib və əlavə edib ki, təklif artıq müzakirə mövzusu deyil.
Tahir TAĞIYEV