Rusiya və Ukrayna qarşılıqlı hücumlarını gecə boyu da davam etdiriblər. UNIAN-ın məlumatına görə, Rusiya Zaporojye, Nikolaev və Pavloqrada zərbələr endirib.
Zaporojyedə beş nəfər həlak olub.
TASS-ın məlumatına görə, Voronej vilayətindəki Wildberries logistika müəssisələri təxliyə edilib. Pilotsuz təyyarənin hücumu nəticəsində böyük şirkətin iki anbarında yanğın baş verib. Bir nəfər ölüb, iki nəfər yaralanıb.
Tahir TAĞIYEV