Rusiya qüvvələri avqustun 10-dan 11-nə keçən gecə Zaporojye şəhərinə ballistik raketlər və idarə olunan hava bombalarından istifadə edərək genişmiqyaslı hücum həyata keçirib.
Hücum nəticəsində altı nəfər həlak olub, 19 nəfər yaralanıb, yanğınlar baş verib və şəhərin bəzi yerlərində elektrik kəsilib.
Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov hücum zamanı yaşayış binalarına və qeyri-yaşayış infrastruktur obyektlərinə ziyan dəydiyini bildirib.
Rusiya qüvvələri Ukraynaya gecə saatlarında hava hücumuna başlayıb. Rusiya ballistik raketlərlə Pavloqrad, Zaporojye və Kiyevə iki dalğada hücum edib.
Tahir TAĞIYEV