ABŞ prezidenti Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, Tehrandan "son 50 ildə öldürdüyü insanlara görə" təzminat tələb edəcəyini bildirib.
İran hökumətinin müharibə təzminatı tələb etməsi məsələsinə münasibət bildirən Tramp Truth Social hesabında açıqlamasında bu məsələnin danışıqlarda gündəmə gətirilmədiyini deyib: "İran beş aylıq hərbi münaqişə zamanı onlara dəyən ziyana görə kompensasiya tələb edir, lakin bu məsələ danışıqlarımızın heç birində qaldırılmayıb".
İranın tələbinə cavab olaraq, Tramp bildirib ki, onlar həmin ölkənin "son 50 ildə öldürdüyü" insanlara görə təzminat tələb etməyə hazırlaşırlar.
İran generalı Qasım Süleymaninin rəhbərlik etdiyi ordu qüvvələrinin müxtəlif bölgələrdə çoxsaylı insanı öldürdüyünü xatırladan Tramp, həmçinin USS Cole gəmisində həlak olanların ailələrinə və İrandakı aksiyalarda həlak olan etirazçıların ailələrinə təzminat ödənilməli olduğuna inandığını bildirib.
ABŞ prezidenti əlavə edib ki, onlar sonrakı danışıqlar prosesində kompensasiya məsələsini "qətiyyətlə" həll edəcəklər.
Tahir TAĞIYEV