ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların nəticələrinin 48 saat ərzində məlum olacağını bildirib.
Tramp, İranın danışıqlardan imtina edəcəyi təqdirdə "sərt cavab"la qarşılaşacağını iddia edib: "Yenidən geri çəkilsələr, çox ağır zərbə alacaqlar. Bunu bilirlər, başa düşürlər. Başqa variantım yoxdur".
Tramp Hörmüz boğazının açıla biləcəyinə işarə edərək deyib: "Boğaz çox tezliklə açılacaq, ya da İrana çox ağır zərbə endiriləcək və sonra boğaz açıq olacaq".
Tahir TAĞIYEV