İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) media orqanı Hörmüz boğazı ilə bağlı Omanla davam edən danışıqlarda hələ də razılığa gəlinməməsinin səbəbi ABŞ-ın müdaxiləsi və ABŞ prezidenti Donald Trampın təhdidləridir.
“Sepahnews”un danışıqlardan xəbərdar olan adı açıqlanmayan bir məmura istinadən verdiyi məlumata görə, İrana qarşı hərbi hücum təhdidi davam etdiyi müddətcə heç bir razılaşma əldə edilməyəcək.
"ABŞ-ın müdaxiləsi və İrana qarşı hərbi hücum təhdidi davam etdikcə, razılaşma təxirə salınacaq. İran təhdidlərin kölgəsində heç bir razılaşmaya getməyəcək" – deyə rəsmi şəxs bildirib.
Tahir TAĞIYEV