Ukrayna Prezidenti Zelenski Rusiyanın Kiyev və Kiyev bölgəsinə raket və pilotsuz təyyarələrinin genişmiqyaslı hücumlarında 17 nəfərin öldüyünü, 44 nəfərin yaralandığını açıqlayıb.
Zelenski hücumda 24 ballistik raket, dörd Zirkon/Oniks raketi və əksəriyyəti reaktiv mühərrikli 115 pilotsuz uçuş aparatından istifadə edildiyini və hədəflərin mülki müəssisələrə məxsus anbarlar, dəmir yolu infrastrukturu, pivə zavodu, tikinti materialları anbarları və mülki logistika mərkəzləri olduğunu bildirib. O,
Qərb müttəfiqlərini ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemlərinin və tutucu raketlərin çatdırılmasını sürətləndirməyə və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.
Tahir TAĞIYEV