Yəmən sahillərində Hindistana məxsus MSV Faize Noore Oliya yük gəmisinə hücum olub. Partlayıcı sursatla vurulan gəmi çevrilərək batıb.
Hindistanın Limanlar, Dənizçilik və Su Yolları naziri Sarbananda Sonoval göyərtədəki 13-ü hindistanlı olan 14 heyət üzvünün hamısının hücumdan sağ çıxdığını bildirib. O, heyət üzvlərinin Yəmən sahil mühafizəsi qrupları tərəfindən xilas edildiyini bildirib: "Dəniz Administrasiyasının (DDMA) baş direktoruna bölgədəki hind dənizçilərinin tam təhlükəsizliyini təmin etmək və xilas edilmiş heyətə bütün lazımi yardımı göstərmək üçün bütün qurumlarla əlaqələndirilmiş şəkildə təcili tədbirlər görməyi tapşırmışam".
Hücumun hansı ölkə tərəfindən həyata keçirildiyi açıqlanmır.
Tahir TAĞIYEV