İranın ingilisdilli dövlət televiziya kanalı Press TV-yə danışan adı açıqlanmayan yüksək vəzifəli bir İran rəsmisi Hörmüz boğazı ilə bağlı diqqət çəkən açıqlama verib. O, bildirib ki, İran və Oman arasında danışıqlar "ABŞ-ın maneələrinə baxmayaraq" yeni mərhələyə qədəm qoyub və ABŞ-ın müdaxiləsi dayandırılarsa, ölkəsi Omanla razılığa gələ bilər.
"ABŞ-ın maneələrinə baxmayaraq, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar yeni mərhələyə qədəm qoyub" – deyə İran rəsmisi bildirib.
Rəsmi şəxs bildirib ki, İranın Hörmüz boğazı ilə bağlı Omanla danışıqlarının davam etdirilməsi "Tehranın diplomatiyaya sadiqliyini və hüquqlarını qorumaq əzmini nümayiş etdirir": "Tehran Oman və regional dövlətlərlə məsləhətləşmələr apararaq anlaşma memorandumu çərçivəsində öhdəliyini fəal şəkildə yerinə yetirib. ABŞ müdaxiləsini dayandırarsa, Omanla Hörmüz boğazı ilə bağlı kompromis əldə edilə bilər."
Bundan əvvəl ABŞ Maliyyə maziri Skott Bessent İranla danışıqların davam etdiyini və bu gün və ya sabah Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlmək ehtimalının olduğunu bildirib.
Tahir TAĞIYEV