ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton və Tehran bu gün və ya sabah Hörmüz boğazından sərbəst gəmiçiliyi bərpa etmək üçün razılığa gələ bilərlər.
"Biz iranlılarla danışıqlar aparırıq və düşünürəm ki, bu gün və ya sabah boğazın açılması və bu münaqişədə daha normal vəziyyətə doğru irəliləmək üçün razılığa gələ biləcəyimiz üçün böyük bir şans var" – deyə Bessent bildirib.
İranın gəmilərin keçidi üçün rüsum ala biləcəyi ilə bağlı suala cavab olaraq ABŞ maliyyə naziri bildirib ki, müqavilə naviqasiya azadlığını təmin edəcək.
"Bu, hərəkət azadlığı demək olacaq. Son bir neçə gün ərzində orada vəziyyət bir qədər gərgin olaraq qalsa da, artıq bir çox gəminin boğazdan keçməyə davam etdiyini görürük" – deyə Bessent qeyd edib.
Tahir TAĞIYEV