İranla gərginliyin bitməsindən sonra neft qiymətlərinin kəskin şəkildə düşəcəyini iddia edən ABŞ prezidenti Donald Tramp, “ExxonMobil” və “Chevron” şirkətlərinin çox pul qazandığını deyib və onlarıtənqid edib.
"Bir şirkətin əvvəlki ilə nisbətən 12 dəfə çox mənfəət əldə ediblər, bunun bir hissəsini ictimaiyyətə qaytarmalıdırlar. Onlar pərakəndə satış qiymətini, yəni istehlak qiymətini aşağı salmalıdırlar. Bu, çox puldur. Bunu deməyimə təəccüblənə bilərsiniz, amma mən açıq və birbaşa deyirəm, bundan məmnun deyiləm" - deyə o bildirib.
İyun ayında Tramp ABŞ hakimiyyət orqanlarının ABŞ-da benzin qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməməsi ilə bağlı araşdırma aparacağını açıqlayıb. O, araşdırmaların xüsusilə “ExxonMobil”, “Chevron”, “Shell” və BP şirkətlərini hədəf alacağını bildirib. O, bu şirkətlərin qiymətləri süni şəkildə şişirdəcəyi aşkar edilərsə, onları təhlükəyə atacağı ilə hədələyib.
Tahir TAĞIYEV