Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində yük gəmisinə hücum edildiyini bildirib.
UKMTO-nun hərbi mənbələrdən alınan məlumata əsaslanan yazılı açıqlamasında hadisənin Omanın əl-Hasab şəhərindən 20 dəniz mili şimal-şərqində baş verdiyi bildirilib.
Qeyd olunur ki, ərazidə olan bir yük gəmisi radio kanalı (VHF 16) vasitəsilə naməlum mərmi ilə vurulduğunu bildirib.
Hadisə ilə bağlı müvafiq orqanların araşdırma başlatdığı vurğulanıb və ərazidə üzən gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə dərhal UKMTO-ya məlumat vermək tövsiyə edilib.
Tahir TAĞIYEV