Prezident Zelenski bildirib ki, Ukrayna qış başlamazdan əvvəl Rusiya ilə müharibəni bitirmək üçün bütün səylərini əsirgəməyəcək.
O, Rusiyanı mümkün qədər tez sülhə doğru irəliləməyə məcbur etmək məqsədi daşıyan əlavə fəaliyyət planları hazırladıqlarını deyib.
"Bu il səfirlərin vəzifəsi Ukrayna hökumətinin tərəfdaşlarla xarici əlaqələrinə maksimum dəstək verməkdir", - deyə Ukrayna prezidenti vurğulayıb.
O qeyd edib ki, hazırda bütün diplomatik səylərin, Ukraynanın Rusiyaya qarşı uzunmüddətli sanksiyalarının və beynəlxalq tərəfdaşların sanksiya təzyiqlərinin nə vaxt nəticə verəcəyini tam əminliklə demək mümkün deyil.
Tahir TAĞIYEV