Vaşinqton ştatının Spokan dairəsində baş verən və artıq ən azı 600 tikilini məhv edən meşə yanğınları səbəbindən təxminən 60 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Associated Press (AP) agentliyinin verdiyi məlumata görə, ştatın ikinci ən böyük şəhəri olan Spokanşəhəri ətrafında tüğyan edən yanğın həftəsonu daha da güclənib.
Vaşinqton qubernatoru Bob Ferqyuson ştatdakı vəziyyəti Prezident Donald Trampla müzakirə etdiyini və federal yardım istədiyini açıqlayıb.
Milli Qvardiya qoşunlarının da Vaşinqtonda meşə yanğınları ilə mübarizəyə cəlb edildiyi bildirilir.
Tahir TAĞIYEV