ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların bazar ertəsi günü başlayacağını açıqlayıb.
"Biz onlarla danışacağıq. Danışıqlar bazar ertəsi günortadan sonra başlayacaq", - deyə o, təyyarəsində jurnalistlərə bildirib. O deyib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər hakimiyyəti bunu tələb edib. Tramp, həmçinin İran tərəfinin də bunu tələb etdiyini bildirib. "Mən razılaşma əldə etməyə üstünlük verərdim. İnsanları öldürməyi xoşlamıram", - deyə ABŞ prezidenti bildirib.
SAMİRƏ