İsrailin Baş naziri Binyamin Netanyahu Ukraynaya “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə veto qoyub.
“The Washington Post” qəzetinin məlumatına görə, təklif ilk dəfə 2023-cü ildə Respublikaçı senator Lindsi Qrim tərəfindən qaldırılıb, lakin birgə istehsal müqaviləsinin İsrailə sistemin istifadəsində son söz haqqı verməsi hüququndan yararlanan Netanyahu onun Ukraynaya verilməsini təsdiqləməyib.
İsrailin Vaşinqtondakı səfirliyi isə qərarın “Dəmir Qübbə” texnologiyasının İranın əlinə keçə biləcəyi ilə bağlı təhlükəsizlik narahatlıqlarından qaynaqlandığını bildirib.
Tahir TAĞIYEV