Avqustun 1-dən 2-nə keçən gecə Kiyev vilayətinin Brovarı şəhərində Ukraynanın ən böyük onlayn market olan “Rozetka” anbarına iki “Shahed” dron hücumu baş verib. Bu, bir gündə baş verən ikinci hücumdur.
“Rozetka” mətbuat xidməti heç bir itki olmadığını, şirkətin planlı şəkildə fəaliyyətini davam etdirdiyini bildirib: "Bu, 24 saat ərzində anbarımıza edilən ikinci hücumdur. Bu, təsadüf deyil, məqsədyönlü hücumdur".
Avqustun 1-də səhər saatlarında da “Rozetka” şirkətinə məxsus anbar reaktiv mühərrikli dron hücumuna məruz qalıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri 18 iyuldan başlayaraq, ardıcıl şəkildə Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti Wildberries-in anbarlarına zərbələr endirir. 20-dən çox anbarı Ukraynanın hücumuna məruz qalan şirkətin təxminən 444 min kvadrat metrə bərabər olan logistika tutumunun ən azı 8%-nin sıradan çıxarıldığını bildirilir.
Tahir TAĞIYEV