İran ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açılacağı ilə bağlı iddialarını təkzib edib.
Qeyd edək ki, Tramp İranla razılaşmanın konturları üzərində razılığa gəlindiyini və buna görə də İrana qarşı planlaşdırılan hücumları dayandırdığını açıqlayıb. O, qeyd edib ki, razılaşmanın əsas parametrlərinə Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılması, eləcə də İranın nüvə təhdidinin aradan qaldırılması daxildir.
Ancaq “Fars” xəbər agentliyi İran mənbələrinə istinadən Hörmüz boğazının tam istismarının bərpası ilə bağlı hər hansı bir razılaşmanın əldə edilməsi barədə məlumatları təkzib edib.
Bundan əvvəl aparıcı beynəlxalq media orqanları İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-Qətərin İran və Oman arasındakı su yolu üzərində nəzarətin yenidən bölüşdürülməsi təşəbbüsünü dəstəklədiyini bildirmişdi. Danışıqlarda iştirak edən İran nümayəndə heyətinin nümayəndəsi isə bu məlumatları rəsmi təkzib edib.
İran hərbi mənbələri strateji su yolunun hələ də bağlı olduğunu, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə hərəkətini əlaqələndirməyən hər hansı bir gəminin boğazdan keçidinin qadağan olduğunu vurğulayıblar.
Analitiklərin fikrincə, İrandakı radikal qruplar həqiqi diplomatik kompromislərə nail olmaq üçün əhəmiyyətli bir maneə olaraq qalır. Ekspertlər Tehranın rəsmi diplomatiyasının ABŞ-la dialoq zamanı bu qüvvələr üzərində nə dərəcədə nəzarət və təsir göstərdiyinə şübhə ilə yanaşırlar.
Tahir TAĞIYEV