Ermənistan prezidenti Vaaqn Xaçaturyan Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyanı baş nazir təyin edib.
Budan bir neçə saat əvvəl Paşinyan yeni parlamentin açılışı ilə əlaqədar hökumətin istefasını elan etmişdi. Prezident kabinetin istefasını qəbul etdikdən sonra parlament çoxluğu Paşinyanın baş nazir vəzifəsinə yenidən namizədliyini irəli sürüb.
Ermənistan Konstitusiyasına görə, hökumət yeni çağırış parlamentin ilk iclası günü istefa verməyə borcludur. Yeni parlamentin səlahiyyət müddəti başladıqdan sonra prezident dərhal parlament çoxluğu tərəfindən irəli sürülən namizədi baş nazir təyin edir.
Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçirilib.
Tahir TAĞIYEV