Rusiya-Ukrayna müharibəsi qarşılıqlı hücumlar şiddətlənərək davam etdikcə, Rusiyanın Ukrayna ərazisində NATO ölkəsinin səfirliyini hədəf alıb.
Litva Xarici İşlər Nazirliyi Rusiyanın dünən gecə Kiyevə qarşı genişmiqyaslı hücumu zamanı Kiyevdəki Litva səfirliyi də daxil olmaqla müxtəlif mülki obyektləri hədəf aldığını bildirib.
Qeyd edilir ki, iki Rusiya raketi və ya dronu Kiyevin Peçersk rayonundakı Litva səfirliyinin perimetr divarının 5 metr və 150 metr məsafəsinə düşüb.
Məsələ ilə bağlı Litva Xarici İşlər Nazirliyi Rusiyaya diplomatik nota verib. Rusiyanın Litvadakı nümayəndəsinə təqdim edilən etiraz notasında bildirilir ki, Rusiya tərəfindən təşkil edilən hücumda səfirlik binasına dəyən ziyan və personalın təhlükəsizliyinin təhlükəyə atılması qəti şəkildə pislənilib.
Açıqlamada, bu hərəkətlərin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozduğu və Litvanın dəymiş zərərin ətraflı qiymətləndirilməsindən sonra Rusiyadan təzminat tələb edəcəyi vurğulanıb və Rusiyaya qarşı əlavə əks tədbirlər görmək hüququnu özündə saxladığı qeyd edilib.
Açıqlamada həmçinin Rusiyadan müharibənin daha da şiddətlənməsini dayandırması, Ukraynaya hücumlarını dayandırması, qüvvələrini beynəlxalq səviyyədə tanınmış bütün Ukrayna ərazisindən çıxarması və Ukraynaya vurduğu ziyana görə kompensasiya ödəməsi tələb olunur.
Tahir TAĞIYEV