Həmin qumar şəbəkəsi Dubayda yerləşən və lisenziyasız fəaliyyət göstərən "Shelbit" kriptovalyuta birjasıdır və onun idarəçisi Siyavuş Keyvanpurdur. Birjadan 2024-cü ilin mayından bəri 4 milyard dollardan çox vəsait keçib.
Əsas müştərilər 2.000-dən çox farsdilli onlayn kazino saytıdır. Şəbəkənin simaları 2023-cü ildə məhkum olunmuş iranlı blogerlər Saşa Sobhani və Puyan Moxtaridir. Birjanın İran Mərkəzi Bankı, "Nobitex" birjası və İsrailin SEPAH-la əlaqələndirdiyi kripto pul kisələri ilə birbaşa əlaqəsi var. "Shelbit" Mərkəzi Bankdan 125 milyon dollar, mayninqdən isə 20 milyon dollar emal edib. Dubay orqanları çirkli pulların yuyulması və sanksiyalardan yayınma şübhəsi ilə "Shelbit"ə qarşı araşdırmaya başlayıb. Expertlər hesab edir ki, əməliyyatın arxasında birbaşa SEPAH dayanır.
İRADƏ