İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Amerika mediasının ABŞ və İsrailin İran infrastrukturuna mümkün yeni hücumları ilə bağlı xəbərlərinin "dəlilik" olduğunu bildirib.
“Tasnim” xəbər agentliyi mənməyəistinadən bildirir ki, Tehran artıq genişmiqyaslı cavab tədbirləri planı hazırlayıb.
"Biz Amerika mediasının ABŞ və İsrailin İran infrastrukturuna mümkün zərbələri barədə xəbərlərini dəlilik hesab edirik. Biz regiondakı həyati əhəmiyyətli İsrailin infrastrukturuna və ABŞ-ın enerji obyektlərinə zərbələri əhatə edən hərtərəfli cavab planı hazırlamışıq. Biz buna hazırıq", - deyə mənbə bildirib.
O əlavə edib ki, İran silahlı qüvvələri artıq həm öz imkanlarını, həm də bu cür hərəkətlərə hazır olduqlarını nümayiş etdiriblər.
İranın təhlükəsizlik rəsmisi vurğulayıb ki, İran silahlı qüvvələri həm 40 günlük müharibə zamanı, həm də son həftələrdə bu cür hərəkətləri həyata keçirmək üçün həm imkanlara, həm də qətiyyətə malik olduqlarını nümayiş etdiriblər.
Tahir TAĞIYEV