Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmmədbağər Zülqədr ABŞ və müttəfiqlərinin dəniz blokadasını davam etdirməsinin Hörmüz boğazının bağlanmasına və digər strateji dəniz keçidlərinin də fəaliyyətinin məhdudlaşdırılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə o, yaydığı açıqlamada bildirib. Zülqədr qeyd edib ki, "dəniz blokadasının davam etdirilməsi və ABŞ-nin gərginliyi artıran addımları həm Hörmüz boğazındakı məhdudiyyətləri sərtləşdirəcək, həm də digər boğazların və keçidlərin bağlanmasına gətirib çıxaracaq". Onun sözlərinə görə, belə bir vəziyyətin nəticələrini qlobal iqtisadiyyat, enerji bazarı və ABŞ seçiciləri ödəyəcək. Qeyd edilir ki, Yəməndə fəaliyyət göstərən husilər son iki həftə ərzində Bab əl-Məndəb boğazı yaxınlığında gəmilər və neft tankerlərinə hücumlar həyata keçirsələr də, boğazın hələ tam bağlanmadığını bildiriblər.
İRADƏ