"Rosatom"un törəmə şirkəti olan FESCO-ya məxsus "Yanina" konteyner gəmisi Ukrayna hərbi-dəniz dronlarının hücumundan sonra Qara dənizdə batıb. "Kommersant" qəzetinin verdiyi məlumata görə, bu barədə dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev açıqlama verib.
Onun sözlərinə görə, hadisə avqustun 1-i gecəsi Novorossiyskdən təxminən 130 dəniz mili (təxminən 240 km) məsafədə baş verib. Lixaçev hücumun cümə günü saat 22:00 radələrində başladığını bildirib. "Rosatom" rəhbəri iddia edir ki, gəmi mülki yük daşıyırdı və beynəlxalq sularda idi.
17 heyət üzvünün hamısı xilas edilib.
Tahir TAĞIYEV