Belarusun ən böyük süd məhsulları istehsalçısı olan Savushkin Product, Prezident Aleksandr Lukaşenkoya Müstəqillik Sarayında quraşdırılacaq inək heykəli hədiyyə edib. Bu barədə prezidentin mətbuat xidməti ilə əlaqəli olan "Pool Pervyi" Telegram kanalı məlumat verib.
"Birincisi dedi ki, inəyə abidə qoyulmalıdır. Dərhal da yerinə yetirildi", - deyə insan bədənindən hündür abidənin şəklini dərc edən kanal qeyd edib.
Bildirilir ki, inəyin boynunda üzərindən şirkətin adı yazılmış zəng asılıb.
2024-cü ilin oktyabr ayında Lukaşenko inəklərə abidə qoyulmalı olduğunu bəyan etmişdi, çünki bu heyvanlar müharibə zamanı partizanlara və uşaqlara sağ qalmağa kömək etmişdi. Keçən il Belarus lideri qeyd etmişdi ki, inəklər təkcə Böyük Vətən Müharibəsindəki rollarına görə deyil, həm də "bu gün də insanları yedizdirməyə davam etdiklərinə görə" abidəyə layiqdirlər.
Lukaşenko heyvanların rifahına laqeyd yanaşan fermaları dəfələrlə tənqid edib. Belarus liderinin sözlərinə görə, mal-qara ölümləri mənəvi pozğunluğun təzahürüdür.
Bu ilin iyun ayında Minsk bölgəsindəki südçülük fermasına səfəri zamanı Lukaşenkoya Musya adlı Cersi inəyi hədiyyə edilib.
Tahir TAĞIYEV