Latviya Belarusla sərhədi bağlayıb. Ölkənin daxili işlər naziri Yanis Dombrava sosial mediada Belarusla sərhədin texniki səbəblərə görə bağlandığını açıqlayıb.
"Hələ Latviyaya qayıtmayanları alternativ yollardan istifadə etməyə çağırırıq" – deyə Dombrava bildirib.
Latviya, Belarusdan gələn qeyri-qanuni miqrasiyanı səbəb göstərərək, 2023-cü ildə Belarusla Silene sərhəd keçid məntəqəsini bağlamışdı. O vaxtdan bəri Paternieki iki ölkə arasında fəaliyyət göstərən yeganə sərhəd keçid məntəqəsi olub.
Tahir TAĞIYEV