Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbəsi nəticəsində ən azı doqquz nəfər ölüb, 28 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko sosial media hesabında yazılı açıqlamasında Rusiyanın bu gecə paytaxta raket hücumu etdiyini bildirib. Kliçko hücumun yerli vaxtla saat 02:36-da başladığını və Kiyevə doğru ballistik raketlərin atıldığını bildirib.
O, qeyd edib ki, hücum paytaxtın müxtəlif yerlərində ziyana səbəb olub.
Kliçko vurğulayıb ki, ilkin məlumatlara görə, hücum nəticəsində doqquz nəfər həlak olub, dördü uşaq da daxil olmaqla 28 nəfər yaralanıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) həmçinin Kiyevin beş müxtəlif rayonunda axtarış-xilasetmə əməliyyatlarının başlandığını açıqlayıb.
Ukrayna ordusu ölkəyə qarşı hava hücumlarının davam etdiyini açıqlayıb.
Tahir TAĞIYEV