Avropada gələcək meşə yanğınlarının qarşısının alınması kifayət qədər keçi sayından asılı ola bilər. Tədqiqatçılar hesab edir ki, mal-qaranın kol-kosu yeməsi İspaniyanın bəzi bölgələrində yanğınların yayılmasını ləngidir. Bu barədə POLITICO məlumat verib. Avropada otlaq heyvanlarından istifadə edərək landşaftda yanğın maneələri yaratmaq ideyası ciddi bir həll yolu kimi geniş vüsət alır və bu, bu il Avropa Komissiyası və aparıcı kənd təsərrüfatı təşkilatları tərəfindən rəsmi olaraq təsdiqlənib. Tədqiqatçılar hesab edirlər ki, kolluqlarda otlayan mal-qara İspaniyanın Ekstremadura, Əndəlüs və Valensiya bölgələrində yanğınların yayılmasını ləngidir. Tərk edilmiş kənd təsərrüfatı torpaqları kolluqlarla örtülüb, bu kollar quruyur və ya zəif, tez yanan, homojen meşələrlə əvəz olunur.
Avropa Kosmik Proqramının Kopernik peyk rəsədxanası hazırda Avropanı bürüyən ən böyük yanğınların, həqiqətən də, meşələrin və kolların geniş, bir-biri ilə əlaqəli landşaftlar təşkil etdiyi ərazilərdə baş verdiyini təsdiqləyib. Lakin nəşrin qeyd etdiyi kimi, həll yolu az texnologiyalı olsa da, baha başa gəlir, çünki çobanlar dövlət subsidiyalarından asılıdırlar. Yanğın təhlükəsizliyi üzrə mütəxəssislərin fikrincə, daha böyük maneə siyasətçilərin yanğınların qarşısının alınmasına investisiya qoymaq əvəzinə, artıq baş verdikdən sonra onun söndürülməsinə vurğu etməsidir. Keçilər üçün təbii yem bol olsa da, bazar çobanlar üçün az stimul təklif edir. İspaniyanın ASAJA ferma lobbisindən Xose Mariya Kastilya keçiçiliklə məşğul olmağı gəlirli etmədən gəncləri bu sahəyə cəlb etməyin mümkün olmadığını bildirib. O, həll yolunun AB-nin 2020-ci ildə koronavirusa qarşı reaksiyası ilə eyni məntiqə uyğun olaraq xüsusi fond yaratmaqda olduğunu iddia edib.
SAMİRƏ