"New York Post" qəzetinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Tehranın atəşkəsə razılaşması şərtilə İranla sülh danışıqlarına şans verməyə hazırdır.
"Bu, istənilən danışıqların təməlidir - atəşkəslə başlayır və İran ilk olaraq öhdəlik götürməlidir. ABŞ prezidenti mümkün qədər tez bir zamanda razılığa gəlmək istədiyini çox açıq şəkildə bildirib. Lakin əgər iranlılar gəmilərə, Amerika bazalarına və Fars körfəzindəki ABŞ müttəfiqlərinə hücum etməyə davam etsələr, bunun bədəlini ödəməli olacaqlar", - deyə mənbə əlavə edib.
Məlumata görə, tərəflər texniki məsləhətləşmələri davam etdirir və vasitəçilərlə qarşılıqlı əlaqədədirlər.
İyulun 30-da Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi ABŞla İran arasındakı münaqişənin həlli üçün danışıqların davam etdiyini və Pakistanın İslamabad memorandumunun şərtlərinə əməl olunmasını təmin etmək üçün əlindən gələni etdiyini bildirib.
Tahir TAĞIYEV