Rusiya qoşunları Ukraynada 200-dən çox yanacaqdoldurma məntəqəsini dağıdıb. Bu barədə "The Financial Times" qəzeti Xarkov Regional Şurasının deputatı Aleksandr Skorıka istinadən məlumat yayıb. Onun sözlərinə görə, onlardan ən azı 80-i Xarkov bölgəsində olub.
Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov da Rusiyanın Zaporojye bölgəsindəki 30-dan çox yanacaqdoldurma məntəqəsinin dağıdıldığını bildirib.
Qeyd edilir ki, Moskva bu yay Ukraynadakı yüzlərlə yanacaqdoldurma məntəqəsini hədəf alaraq mülki infrastruktura hücumları artırıb. FT-nin xəbərinə görə, Rusiya ordusu logistikanı pozmağa, cəbhə bölgələrini yanacaqsız qoymağa və mülki şəxsləri qaçmağa məcbur etməyə çalışır.
Tahir TAĞIYEV