Ukrayna dronlarla Volqoqraddakı Wildberries paylama mərkəzinə zərbələr endirib. Wildberries Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkətidir.
Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan Lukoil-Volqoqradneftepererabotka neft emalı zavoduna dron hücumları barədə məlumatlar yayılıb.
Boçarov Volqoqrad vilayətinin pilotsuz təyyarənin hücumuna məruz qaldığını təsdiqləyib. Rusiyanın Wildberries şirkətinin mətbuat xidməti də səhər saatlarında şirkətə məxsus logistika mərkəzinə hücum edildiyini və nəticədə yanğın baş verdiyini təsdiqləyib: "Volqoqradda şirkətin logistika obyektinə edilən hücumdan sonra yanğın baş verib. Yanğınsöndürmə briqadaları hadisə yerində işləyir".
Rusiyanın Tatarıstan Respublikasının Zelenodolsk şəhərindəki Wildberries logistika mərkəzinə də hücum olub. Sakinlər Rusiyanın Tatarıstan Respublikasının Zelenodolsk şəhərindəki Wildberries logistika mərkəzinin üzərindən tüstü qalxdığını bildiriblər. Regional hakimiyyət orqanları həmçinin PUA hücumu təhlükəsi elan edib və üç hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Tahir TAĞIYEV