İspaniya xarici işlər naziri Xose Manuel Albarez italyan həmkarı Antonio Tajani-nin Seuta muxtar şəhərinə miqrant axını səbəbindən Madridlə Şengen Sazişini dayandırmaq niyyəti ilə bağlı açıqlamalarından sonra İtaliya səfirini geri çağırıb.
Tajani əvvəllər Seutadakı miqrasiya böhranı bütün Avropanın milli təhlükəsizliyinə potensial təhdid yaratdığına görə İspaniya ilə Şengen Sazişini dayandırmaq ideyasını dəstəkləyib. "Bu mesaj Avropa həmrəyliyini gözlədiyimiz tərəfdaş və dost ölkənin xarici işlər nazirinə layiq deyil. Mən İtaliya səfirini geri çağırdım", - deyə Albarez X-də yazıb. İspaniya mediasının məlumatına görə, son bir həftə ərzində 1500-dən çox miqrant Mərakeşdən Seutaya üzərək keçib, digərləri isə məsafəni piyada qət ediblər. Digər mənbələr muxtar şəhərə təxminən 20.000 insanın keçdiyini təxmin edir. Gələnlərin dəqiq sayı hələ müəyyən edilməyib. Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyi təmin etmək üçün ordu yerləşdirmək qərarına gəlib. İspaniyanın baş naziri Pedro Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaska iyulun 31-də Seutaya səfər edəcək.
SAMİRƏ