İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qeşm adasına hücumuna cavab olaraq İordaniyadakı ABŞ bazasına hücum edib.
İnqilab Keşikçiləri ABŞ-ın Qeşm adasına hücumu zamanı iki evə bunker partladıcı bombalarla zərbə endirdiyini, bir ana, ata və uşağın öldüyünü bildirib.
Buna cavab olaraq, SEPAH İordaniyadakı Əl-Əzraq Hava Bazasında ABŞ-ın F-35 qırıcı təyyarələrinin olduğu anqara bir neçə ballistik raketlə zərbə endirib. Hücum nəticəsində üç F-35 təyyarəsinin tamamilə məhv edildiyi, üçünün isə ciddi şəkildə zədələndiyi iddia edilir. Hücum zamanı texniki heyət və hərbi zabitlər arasında da itkilər olduğu bildirilib.
Hücumla bağlı yayılan video görüntülərində istifadə edilən raketlərin üzərində dini və siyasi yazılar yazıldığı görünür. Raketlərin üzərində "Firon kimi uşaq qatilləri və Əbu Ləhəb kimi bacarıqsız şəxslər İbrahimin Razılaşmalarının varisləri olduqlarını iddia edə bilməzlər" yazısı tapılıb.
Tahir TAĞIYEV