"Melaniya Trampın hərəkət trayektoriyası açıqlandı" adlı videonun yayımlanmasından sonra Time, CNN, Daily Mail, New York Post, Daily Mirror, Newsweek, Al Arabiya, The Daily Telegraph, Sky News, The Jerusalem Post və digərləri də daxil olmaqla müxtəlif qlobal media orqanları təhdidə geniş reaksiya veriblər. Bu barədə Tasnim News-un məlumatında deyilir. Video ilə bağlı xüsusi reportajda CNN aparıcısı bildirib: "Trampın özünü və ya kabinet üzvlərini birbaşa hədəfə almaq bir şeydir, amma söhbət onun həyat yoldaşı və oğlundan gedirsə, bu, Trampı psixoloji cəhətdən sındırmağa çalışdığınız deməkdir!"
Əksər Amerika və Avropa media orqanları əlavə məlumat üçün Ağ Ev, Melaniya Trampın ofisi və ABŞ Gizli Xidməti ilə əlaqə saxlayıblar. ABŞ Gizli Xidmətinin sözçüsü Neyt Herrinq deyib: "Gizli Xidmət də videonu alıb və hazırda onu nəzərdən keçirir".
SAMİRƏ