Braziliya hakimiyyəti hamiləliyin son dövrlərində ölkəyə gələn Rusiya vətəndaşlarını kütləvi şəkildə deportasiya etməyə başlayıb. Bu barədə "Baza" Telegram kanalı məlumat verib.
Kanalın məlumatına görə, Braziliya sərhədçiləri hamiləliyin sonlarında qadınların gəlişini avtomatik olaraq turizm kimi deyil, doğuş hüququ ilə yerli vətəndaşlıq almaq cəhdi kimi təsnif etməyə başlayıblar. İmmiqrasiya məmurları səfərin əsl məqsədinin doğuş olduğu qənaətinə gələrsə, qadınlara giriş icazəsi verilmir və geri qayıdış reysi ilə onlar geri göndərilir.
Bildirilir ki, son iki gündə 10-dan çox rus ailəsinə Braziliyaya giriş icazəsi verilməyib, onlardan dördünün girişi birdəfəlik qadağan edilib.
Deportasiya təcili məhkəmə prosesləri vasitəsilə mübahisələndirilə bilər, lakin hava limanındakı yerli vəkillərin xidmətlərinə 15.000 dollardan (təxminən 1,1 milyon rubl) çox pul xərclənməlidir. Bildirilir ki, bir ailə məhkəmə vasitəsilə deportasiyanı müvəqqəti olaraq dayandıra bilib, lakin hamilə qadın son qərar verilənə qədər hava limanının tranzit zonasında nəzarət altına alınıb.
SAMİRƏ