Üç həftə sonra Qətərin mayeləşdirilmiş təbii qazını daşıyan ilk gəmi İranla razılaşdırılmış marşrut üzrə Hörmüz boğazından keçib.
Məlumata görə, Qətər gəmisi AIS məlumat ötürmə sistemini işə salaraq İran tərəfindən müəyyən edilmiş marşrut üzrə heç bir problem olmadan keçib və daha sonra açıq sulara doğru yola düşüb.
İran İnqilab Keşikçiləri Korpusu isə Hörmüz boğazını “icazəsiz” keçməyə cəhd edən iki neft tankerindən birinin alovlandığını və tankerlərin geri qayıtmalı olduğunu açıqlayıb.
Tahir TAĞIYEV