ABŞ prezidenti Donald Trampın, İrana qarşı tətbiq etdiyi hərbi variantlardan və münaqişəyə son qoymaq üçün razılığa gələ bilməməsindən məyus olduğu bildirilir. Məlumata görə, Tramp ötən həftə keçirilən bir toplantıda buna görə köməkçilərinə sərt təpki göstərib.
NBC News-un məsələ ilə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Tramp və onun yaxın ətrafı ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə növbəti addımları müəyyən etməyə çalışırlar.
Adı açıqlanmayan mənbələr iddia edir ki, Tramp getdikcə daha çox məyus olur, çünki onun ən yaxşı məsləhətçiləri və müttəfiqləri "müharibənin məqsədi ilə bağlı ortaq məxrəcə gələ bilmirlər".
Trampın hazırkı vəziyyətdən "narazı" olduğunu iddia edən mənbələr, onun ötən həftə milli təhlükəsizlik üzrə aparıcı mütəxəssislərlə görüşdə onlara sərt reaksiya verdiyini bildiriblər.
Bir ABŞ rəsmisi prezidentin buna görə, çox qəzəbli olduğunu bildirib: "Prezident çox qəzəblidir. Onun iranlıları razılığa gəlməyə inandırmağın bu qədər çətin olacağına inandığını düşünmürəm. Nəticəyə çatmaq üçün nə qədər vaxta ehtiyac olduğuna və ya nəyin edilməsi lazım olduğuna dair real bir strategiyası yoxdur. O, bu müharibənin uzun və yorucu olmasını istəmirdi".
Tahir TAĞIYEV