ABŞ ordusu gecə boyu İran hədəflərinə zərbələr endirib.
Bu barədə ABŞ rəsmisi Axios jurnalistinə bildirib. Daha öncə ABŞ prezidenti Donald Tramp çərşənbə günü Tehranın İordaniyadakı ABŞ hərbi bazasına gecə ərzində qəfil hücumuna cavab olaraq ABŞ ordusunun İrana zərbə endirəcəyini açıqlayıb. Xəbərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu gecə ərzində İordaniyadakı ABŞ bazasına ballistik raketlərlə hücum edib. Mərkəzi Komandanlıq raketlərin tutulduğunu bildirib.
SAMİRƏ