ABŞ prezidenti Donald Tramp İranın İordaniyadakı ABŞ bazasına hücumunu pisləyib. Tramp İordaniyadakı ABŞ bazasına hücuma cavab olaraq İrana çox sərt zərbələr endirəcəklərini deyib.
"Onları məhv edəcəyik. Onlara çox ağır zərbələr endirəcəyik. Onlar bunun bədəlini ağır ödəyəcəklər" – deyə Tramp bildirib.
O, bildirib ki, ABŞ qüvvələrinin İranın qəfil hücumuna cavab vermək üçün cəmi bir neçə dəqiqəsi olub və İran raketləri hədəflərinə çatmadan vurulub.
ABŞ və Səudiyyə Ərəbistanının dünən gecə İraqda İranın dəstəklədiyi şiə milislərinə qarşı həyata keçirdiyi birgə hücumlara toxunan Tramp, bu hücumların Bağdad hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirildiyini iddia edib. Şiə milislərini "dünya üçün xərçəng xəstəliyi" adlandıran Tramp, İranın proksi qüvvələrinə qarşı əlavə tədbirlərin nəzərdən keçirildiyini bildirib.
Tahir TAĞIYEV