Səudiyyə Ərəbistanı və ABŞ-ın İraq ərazisinə endirdiyi hava zərbələri nəticəsində öldürülən Əl-Haşd əl-Şabi döyüşçülərinin sayı 20-yə çatıb.
Şiə qruplaşmasının Facebook səhifəsində paylaşılan məlumata görə, ən azı 32 Haşd əl-Şəabi tərəfdarı yaralanıb. Qeyd olunub ki, Bağdad da daxil olmaqla, İraqın müxtəlif bölgələrində yerləşən bir neçə milis qərargahına hücum edilib.
Daha əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki krallığın silahlı qüvvələrinin ABŞ Mərkəzi Komandanlığı ilə koordinasiyalı şəkildə İraqdakı hədəflərə "dəqiq zərbələr" endirdiyini açıqlamışdı. Səudiyyəlilərin sözlərinə görə, hədəflər İraqda fəaliyyət göstərən və krallığın neft obyektlərinə hücumlarda iştirak edən qruplarla əlaqəli olub.
Tahir TAĞIYEV