ABŞ prezidenti Donald Trampla dünənki danışıqlar zamanı İsrailin Baş naziri Binyamin Netanyahu ona Vaşinqtonun tələbi olmadan yəhudi dövlətinin öz təşəbbüsü ilə İrana hücum etməyəcəyini bildirib.
“Associated Press” agentliyinin İsrail mənbələrinə istinadən verdiyi məlumata görə, Netanyahu Trampla söhbəti zamanı İran İsrailə hücum edəcəyi halda yəhudi dövlətinin cavab tədbirləri görmək hüququnu özündə saxladığını da vurğulayıb. Baş nazir həmçinin Amerika liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ-la bölüşməyə davam edəcəyini bildirib. Netanyahu həmçinin Vaşinqtonun İranla münaqişədə Yaxın Şərqdə ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinin mövqelərini nəzərə almalı olduğunu anladığını bildirib. O, ABŞ prezidentini İsrailin İran məsələsində Vaşinqtona tam etibar etdiyini və Trampın verdiyi istənilən qərarı dəstəkləyəcəyini əmin edib.
Netanyahu ilə Tramp arasında görüş ərəfəsində Amerikanın "Al-Monitor" xəbər agentliyi mənbələrə istinadən İsrailin baş nazirinin ABŞ prezidentinə İsrail tərəfindən İran ərazisinə yeni zərbələr endirmək planlarını təqdim etməyi planlaşdırdığını bildirmişdi. Nəşrin məlumatına görə, müzakirə İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturuna potensial zərbələr üzərində aparılıb.
Tahir TAĞIYEV