Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, Ukrayna dronları iyulun 29-da səhər tezdən Ryazana kütləvi hücum edib.
"Dronun qalıqlarının düşməsi nəticəsində sənaye zonalarında yanğın baş verib. Altı nəfər xəstəxanaya yerləşdirilib", - Malkov özünün Telegram kanalında yazıb.
"Astra"nın yaydığı məlumata görə, hücumun hədəflərindən biri Tyuşevo kəndi yaxınlığında yerləşən Ryazan Sənaye Parkındakı “Wildberries” çeşidləmə müəssisəsi olub. Anbara hücumdan dərhal sonra “Wildberries” girişi məhdudlaşdırıb və personalın "təhlükəsizlik tələblərinə uyğun olaraq" təxliyə edildiyini elan edib. Şirkət pərakəndə satış şirkətlərinə verdiyi açıqlamada bildirib ki, anbarda saxlanılan mallar müvəqqəti olaraq satışdan çıxarılıb.
Tahir TAĞIYEV